Xaricdən gətirilən ağaclar Bakıya ziyan vurur

xaricden-getirilen-agaclar-bakiya-ziyan-vurur
Oxunma sayı: 1275


Bunu SalamNews-a Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib.

Abşeron yarımadasının okean səviyyəsindən 28 metr aşağıda yerləşdiyi üçün spesifik iqlim qurşağına malik olduğunu deyən ekspert deyib ki, yarımadada hər ağacı əkmək olmaz. Amma indi istənilən xarici ölkələrdən ağac növlərini gətirib əkirlər. Bu ağaclar Abşeronun iqliminə mənfi təsir göstərməklə yanaşı, uyğunlaşmayıb məhv olurlar: “Bakıda hazırda 3 sınaq parkı var. Ölkəyə gətirilən ağaclar əvvəlcə bu parklarda əkilməli və ən azı 5 il müddətinə qədər sınaqdan keçirilməlidir. Əgər bu müddət ərzində əkilən ağaclar buranın iqliminə uyunlaşarsa, o zaman əkilə bilər.”