Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Building innavations-2018” mövzusunda I Beynəlxalq Azərbaycan-Ukrayna elmi konfransı öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Almaniya, Ukrayna, Özbəkistandan elm adamının qatıldığı iki günlük konfransın açılış mərasimində xarici ölkələrin tanınmış alimləri ilə yanaşı, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, ölkəmizin qurum və təşkilatlarından qonaqlar iştirak ediblər.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova giriş nitqi ilə çıxış edərək, konfransın iştirakçılarını salamlayıb
Ukrayna Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mischenko konfrans iştirakçılarını salamlayıb, onun işinə uğurlar arzulayıb. Səfir Azərbaycan xalqı ilə Ukrayna xalqları arasında sıx münasibətlərin mövcud olduğunu və bu gün də uğurla davam etdiyini deyib
Plenar məruzələrdən sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Məlumat üçün qeyd edək ki, konfrans 2 gün davam edəcək.
Son xəbərlər
Son Xəbərlər