“Xarici bazarlardakı gəlirlərimiz ölkə daxilindəki gəliri üstələyir”

xarici-bazarlardaki-gelirlerimiz-olke-daxilindeki-geliri-usteleyir
Oxunma sayı: 1090

"İndi, SOCAR demək olar ki, bütün qitələrdə əməliyyatlar həyata keçirir. Xarici bazarlarda əldə etdiyimiz gəlirlər artıq ölkə daxilində əldə edilən gəliri üstələyir".

“Qafqazinfo” xəbər verir ki, bu sözləri AzərTac-a müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib:

“Hər il yeni sahələrə və yeni bazarlara qədəm qoyur, biznesimizi genişləndiririk. Mayeləşdirilmiş təbii qaz (LNG) kimi bizim üçün yeni olan bir əmtəə bazarına 2017-ci ildə daxil olmağımıza baxmayaraq, cəmi bir il ərzində bu yanacaq növü üzrə qlobal ticarət dövriyyəmizi 4 dəfədən çox artırmağa nail olmuşuq.

Ötən ilin uğurlu nəticələrini bu ilin əvvəlində də davam etdirdik. Daha bir yeni müəssisəmiz – Karbamid zavodu istismara verildi. Yüksək azot tutumuna malik olan karbamid gübrəsi əvvəllər Azərbaycana idxal olunurdu. İndi isə bu zavod daxili tələbatı tam təmin edəcək, üstəlik məhsulunun 70 faizdən çoxunu xarici bazarlara ixrac edərək ölkəyə hər il yüz milyonlarla əlavə gəlir gətirəcək.

2018-ci ildə respublikamızda təbii qaz hasilatının önəmli dərəcədə artırılması nəticəsində biz xaricdən qaz idxalından bütövlüklə imtina etdik”.