Xarici diplomatlar Ağdam Dram Teatrınının qalıqları ilə tanış oldu - Fotolar

xarici-diplomatlar-agdam-dram-teatrininin-qaliqlari-ile-tanis-oldu
Oxunma sayı: 2225

Ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri iyunun 13-də Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir.

"Qafqazinfo" xəbər verir ki, qonaqlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, teatr binasının qalıqları gələcəkdə açıq səma altında muzeydə saxlanılacaq.