Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda regionların inkişafı ilə tanış olmaq və bu xüsusda ölkəmizin bölgələrində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin 60-dan çox nümayəndəsinin 2-3 aprel tarixlərində Gəncə şəhərinə, Samux və Göygöl rayonlarına tanışlıq səfərləri təşkil olunacaq.
XİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfər çərçivəsində diplomatlar Gəncə şəhərində Heydər Əliyev Park-Kompleksi, Nizamə Gəncəvi məqbərəsi, İmamzadə ziyarətgah kompleksi və Gəncə Avtomobil zavoduna baş çəkəcəklər.
Eyni zamanda, diplomatlar Samux rayonunda “AqroEnerji” kompleksi və “Aqro Diary” MMC ilə, Göygöl rayonunda isə alman mədəni irsi, Göygöl Milli Parkı və Göygöl şərab zavodu ilə tanış olacaqlar.
Son xəbərlər
Son Xəbərlər