Xarici diplomatların ölkədən çıxarılmasına Rusiya XİN-dən - Açıqlama

xarici-diplomatlarin-olkeden-cixarilmasina-rusiya-xin-den
Oxunma sayı: 3074

“Xarici diplomatların Rusiyadan çıxarılması məcburi addım idi”.  

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

O bildirib ki, Avropa İttifaqının 3 ölkəsinin diplomatının ölkədən xaric edilməsinin səbəbi onların icazə verilməyən fəaliyyətlərdə iştirak etməsi olub.

Xatırladaq ki, fevralın 5-də Rusiya XİN Almaniya, İsveç və Polşa səfirliyinin əməkdaşlarını “arzuolunmaz şəxs” elan edib. Onlara tez bir zamanda Rusiyanın ərazisini tərk etmək barədə göstəriş verilib.