Xarici elmi tədqiqatçılar və siyasi xadimlər Bakıda çıxış ediblər

xarici-elmi-tedqiqatcilar-ve-siyasi-xadimler-bakida-cixis-edibler
Oxunma sayı: 720

Qərb Universitetinin təşkilatçılığı ilə iyunun 1-də başlayan “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans bu gün bölmə iclaslarında işini davam etdirib.

Universitetdən “Qafqazinfo”ya istinadən xəbər verir ki, bölmə iclasları “Müasir Avropa və islam dininə münasibət”, “Cənubi Qafqaz regionunda xalqların milli özünütəsdiq məsələləri” və “İslam həmrəyliyi zamanın çağırışıdır” istiqamətlərini əhatə edib.

Bölmə iclaslarından sonra bağlanış mərasimi keçirilib. Bölmə moderatorları edilmiş mühazirələr, aparılmış müzakirələr barədə məlumat veriblər.

Daha sonra iştirakçılara sertifikatlar təqdim olunub. Tədbir ədəbi-bədii kompazisiya ilə davam edib.

Məlumat üçün bildirək ki, konfransda ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Misir, İsrail, Qazaxıstan, Özbəkistan və s. də daxil olmaqla dünyanın 10-dan artıq ölkəsindən nümayəndələr, elmi tədqiqatçılar və siyasi xadimlər iştirak edirlər.