Xarici hərbi attaşelər Naxçıvanskidə- - Fotolar

xarici-herbi-attaseler-naxcivanskide-
Oxunma sayı: 1114


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasına, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və C.Naxçıvanski adına Hərbi Liseyə tanışlıq ziyarəti təşkil olunub.

“Qafqazinfo”nun Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, ziyarət zamanı tədris müəssisələri barədə brifinqlər verilib və müəssisələrin maddi-tədris bazaları ilə tanışlıq həyata keçirilib.

14 dövləti təmsil edən hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkili ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.