Xarici komandaların SAF-2022 ilə bağlı təəssüratları - Video

xarici-komandalarin-saf-2022-ile-bagli-teessuratlari
Oxunma sayı: 641

Xəbər verdiyimiz kimi, ötən gün Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”yə start verilib.

“Qafqazinfo”nun məlumatına görə, 8 xarici ölkədən 127 əcnəbi vətəndaşın iştirak etdiyi festivalda həmin komandalar öz təəssüratlarını bölüşüblər. Təmsil etdikləri ölkə və məktəb barədə məlumat verən iştirakçılar bildiriblər ki, uzun müddətdir yarış üçün hazırlaşırlar.  

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.