Xarici ölkələrdə 473 Türkiyə vətəndaşı koronavirusdan vəfat edib

xarici-olkelerde-473-turkiye-vetendasi-koronavirusdan-vefat-edib
Oxunma sayı: 819

Koronavirus epidemiyası səbəbindən bu günə qədər 473 Türkiyə vətəndaşı ölkə xaricində dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

“Səhiyyə sistemimizin nə qədər güclü olduğunu gördük. Vətəndaşlarımızın xarici ölkələrdən mütəmadi təxliyyəsi üçün koordinasiya mərkəzi yaratdıq. İndiyə qədər 103 ölkədən 65 mindən çox vətəndaşı ölkəmizə qaytardıq. Bu günə qədər 473 vətəndaşımız xarici ölkələrdə xəstəlik səbəbindən həyatını itirib”, -deyə XİN rəhbəri qeyd edib.