“Xarici təhdidlərlə yaşamağa vərdiş etməliyik” - Peskov

xarici-tehdidlerle-yasamaga-verdis-etmeliyik
Oxunma sayı: 882

“Belarus və Rusiya olaraq biz ayrı-ayrı da, birlikdə də mütəmadi olaraq digər ölkələrin hücum hədəfi və mövzusuyuq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov “Belarus 1” televiziyasına açıqlamasında deyib.

O bildirib ki, Rusiya və Belarus mütəmadi olaraq xarici təhdid şərtlərində yaşamağa öyrəşməyə məcburdur:

“Biz, sadəcə, xarici təhdid şərtlərində, xarici çevrənin təcavüzkar və düşmən olduğu şərtlərdə yaşamağa vərdiş etməliyik. Moskva və ya Minskin zəifliyi ikinci tərəf üçün təhlükəni gücləndirir.

Belarus da, bizim ölkəmiz də, dünyadakı bir çox ölkə bu düşməncəsinə siyasətlə qarşı-qarşıyadır. Ancaq sadəcə bir neçə ölkə belə təzahürlərə müqavimət göstərə bilməkdədir”.