Xarici vətəndaşlar kibertəhlükəsizlik provayderinin təsisçisi ola bilməyəcək

xarici-vetendaslar-kibertehlukesizlik-provayderinin-tesiscisi-ola-bilmeyecek
Oxunma sayı: 778

Azərbaycanda xarici ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək.

“Qafqazinfo”nun xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda öz əksini tapıb.

Belə ki, Qanuna görə, kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan vətəndaşı olmalıdırlar.

Həmçinin oxuyun: Kapital Bank и его руководящий сотрудник получили международную награду