Səbail RPİ-nin 41-ci Polis Bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefonun və 2000 ABŞ dollarının oğurlandığını bildiriblər.
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Oğuz rayon sakini Ş.Əmirova qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər