Xarici vətəndaşların Qazaxıstana girişinə qadağa qoyulmayıb - XİN+Yenilənib

xarici-vetendaslarin-qazaxistana-girisine-qadaga-qoyulmayib
Oxunma sayı: 1965

Qazaxıstan rəhbərliyi fövqəladə vəziyyət rejimi ilə əlaqədar olaraq xarici vətəndaşların ölkəyə girişini dayandırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Özbəkistandakı səfirliyi yayıb.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etiraz aksiyaları səbəbindən yanvarın 5-dən bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan olunub.

***

Qazaxıstan Xarici İşlər Nazirliyi əcnəbilərin ölkəyə girişinin məhdudlaşdırılması ilə bağlı məlumatı təkzib edib. Bu barədə XİN sözçüsü Aybek Smadyarov “Sputnik Qazaxıstan”a danışıb. 

“Məlumat doğru deyil”, - deyə o bildirib.