Xarkov atəşə tutuldu - Ölənlər var

xarkov-atese-tutuldu
Oxunma sayı: 2844

Rusiya qüvvələri Xarkovu yenidən atəşə tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarkov Regional Hərbi Administrasiyası öz Telegram kanalında məlumat yayıb.

“Mayın 8-də düşmən Xarkov vilayətinin yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. İşğalçıların endirdiyi atəş zərbələri nəticəsində beş nəfər yaralanıb, üç nəfər həlak olub”, - məlumatda deyilir.