Xarkov atəşə tutuldu - Ölənlər və yaralananlar var

xarkov-atese-tutuldu
Oxunma sayı: 3868

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinə zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleh Sinehubov sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, zərbə nəticəsində iki nəfər ölüb, 22 nəfər yaralanıb.

Vilayətin yarım saat ərzində iki dəfə atəşə tutulduğu qeyd edilir.