Xarkov atəşə tutuldu, xeyli sayda ölən və yaralanan var

xarkov-atese-tutuldu-xeyli-sayda-olen-ve-yaralanan-var
Oxunma sayı: 4336

Rusiya hərbçilərinin Xarkov şəhərinin yaşayış məntəqəsini atəşə tutması nəticəsində 7 nəfər həlak olub, 34 nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov öz Teleqram kanalında məlumat verib.

O bildirib ki, yaralılardan 3-ü uşaq, ölənlərdən biri isə 7 aylıq körpədir. Sinequbov Xarkov sakinlərini küçəyə çıxmamağa çağırıb.