Xarkov vilayətində kəndə altı hava bombası atıldı, iki uşaq öldü

xarkov-vilayetinde-kende-alti-hava-bombasi-atildi-iki-usaq-oldu
Oxunma sayı: 1844

Rusiya hərbçiləri hərbi infrastruktur obyekti olmayan Xarkov vilayətinin Slobojanskoye kəndində yaşayış məntəqələrini vurublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə  Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Atılan 6 hava bombasından biri ikimərtəbəli yaşayış binasına düşüb.

Müxtəlif mənbələrə görə, ikisi uşaq olmaqla 5-7 nəfər ölüb.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 71 uşaq ölüb, 100-dən çox uşaq yaralanıb. Bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat verib.