Xarkovda Azərbaycan konsulluğunun yanına raket düşdü - Foto

xarkovda-azerbaycan-konsullugunun-yanina-raket-dusdu
Oxunma sayı: 2673

“Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasının yaxınlığına, 200 metr məsafədə qanadlı raket düşüb”.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.

O qeyd edib ki, bunun nəticəsində yaxınlıqdakı binaların, o cümlədən, konsulluğun iki pəncərəsinin şüşələri sınıb:

“Bütün təhlükələrə baxmayaraq, Fəxri konsulluq fəaliyyətini davam etdirir. Hazırda Fəxri konsulluqda mən və konsulluğun üç əməkdaşı var. Biz Azərbaycan vətəndaşlarının müraciətini qəbul edirik və onların təxliyəsinə yardım etməyə çalışırıq”.