Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Momotovo qəsəbəsini rus hərbçilərdən azad edib.
”Qafqazinfo” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə hərbi müxbir Roman Boçkala məlumat verib.
"Beləliklə, işğalçılar Xarkov rayonundan sıxışdırılıblar", - Boçkala əlavə edib.
Ukraynalı müdafiəçilərin bildirdiyinə görə, Momotovo kəndi Kutuzovka ilə birlikdə azad edilib.
Qeyd edək ki, Momotovo Xarkovdan 6 kilometr aralıda yerləşir.

Son xəbərlər
Son Xəbərlər