Xarkovda evə mərmi düşdü, 4 nəfər öldü - Fotolar

xarkovda-eve-mermi-dusdu-4-nefer-oldu
Oxunma sayı: 1514

Martın 9-dan 10-na keçən gecə Ukraynanın Xarkov vilayətində Slobojanskoye kəndində evə mərmi düşüb.

“Qafqazinfo” “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.

Nəticədə evdə olan 2 qadın və 2 uşaq həlak olub, 5 yaşlı bir uşaq isə yaralansa da, sağ qalıb.

Bununla yanaşı, gecə Xarkovun mərkəzində yerləşən “Nikolski” ticarət mərkəzinə mərmi düşüb, binada yanğın başlayıb. Yanğınsöndürənlər 3 saatlıq əməliyyatdan sonra yanğını söndürməyə nail olublar. Hadisə nəticəsində xəsarət alan olmayıb.