Ukrayanın Xarkov şəhərində güclü partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna KİV-i yayıb.
Partlayışın baş verməsinə baxmayaraq şəhərdə və Xarkov vilayətində hava həyəcanı siqnalı verilməyib. Xarkov vilayəti üzrə Hərbi Administrasiyanın rəhbəri Oleq Sinequbov bildirib ki, ilkin məlumatalara görə, Rusiya şəhərin yaşayış məhəllələrindən birinə raket zərbəsi endirib. Hadisə yerində xilasedicilər işləyir.
Sinequbov əhalini küçələrə çıxmamağa çağırıb.
Son xəbərlər
Son Xəbərlər