Xarkovda ölənlərin sayı artdı - Yenilənib

xarkovda-olenlerin-sayi-artdi
Oxunma sayı: 2869

Rusiya ordusu Xarkov şəhərinə raket zərbələri endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib:

“Təəssüf ki, zərbələr nəticəsində dinc sakinlər ölür və yaralanır. Təkcə bu gün 3 nəfər həlak olub. Xarkov sənaye rayonunun gündüz saatlarında atəşə tutulması nəticəsində 2 nəfər yaralanıb. Son bir neçə gündə Xarkovun atəşə tutulması gecə saat 23:00-00:00 arasında qeydə alınıb”.

Atışmalara baxmayaraq, sakinlər Xarkova qayıtmaqda davam edir. İlkin məlumatlara görə, artıq şəhərdə 700 minə yaxın sakin yaşayır. Bu, xarkovluların, demək olar ki, yarısıdır.

***

İyunun 21-nə keçən gecə Xarkovun atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Bu barədə Xarkov Regional Şurası sədrinin müşaviri Natalya Popova feysbuk səhifəsində məlumat verib.

Popovanın sözlərinə görə, ölənlər arasında bir uşaq da var.