Xarkovda Ukrayna Milli Qvardiyası hərbi hissələrdən birinin ərazisinə daxil olmağa çalışan Rusiya kəşfiyyat qrupunu ələ keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Qvardiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, kəşfiyyatçıların əllərində atıcı silahlar, snayper tüfəngləri, havadan atəş açmaq üçün pilotsuz təyyarələr, əl və tüstü qumbaraları, patronlar, taktiki avadanlıqlar, pul və sənədlər olub.
O cümlədən, Rusiya Federasiyasının Voloqda vilayətinin Rusiya Qvardiyasının “Vımpel” OMON-unun “Sənəd – 2022” əməliyyat-strateji təlimlərində iştirak edən şəxsi heyətinin siyahısı da onlarda aşkarlanıb.










Son xəbərlər
Son Xəbərlər