Ukrayna Təhlükəsizlik Xidməti Xarkov vilayətində keçirdiyi xüsusi əməliyyat nəticəsində Rusiyanın 11 snayperini əsir götürüb.
“Qafqazinfo” xəbər verir ki, Xidmətin spikeri Artyom Dextyarenko məlumat verib.
“Xarkov vilayətində UTX-nin xüsusi əməliyyatı zamanı 11 rus snayperi əsir götürülüb. Saxlanılanlar Ukrayna mövqelərini atəşə tutan “DXR-in 115-ci alayının" tərkibində olublar”, - deyə Dextyarenko bildirib.
Son xəbərlər
Son Xəbərlər