Xarkovda Şərqi Avropanın ən böyük bazarı yanıb - Video

xarkovda-serqi-avropanin-en-boyuk-bazari-yanib
Oxunma sayı: 3421

Martın 17-də rusiyalı hərbçilər Xarkov şəhərində Şərqi Avropanın ən böyük bazarı olan “Barabaşovo” bazarını atəşə tutublar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz Teleqram kanalında məlumat verib.

Atışma nəticəsində bazarda yanğın baş verib.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.