Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində Xarkov vilayətində Ukraynaya məxsus bir Mi-24 helikopterini və iki pilotsuz təyyarəni vurub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Çerkasskaya Lozovaya rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helikopterini vurub. Həmçinin, Peski-Radkovski və Borşçevka yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı məhv edilib”, - Konaşenkov bildirib.