Ukraynanın Xarkov vilayətində polis idarəsinin binasına raket zərbəsi endirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna teleqram kanalları paylaşıb.
Hadisə yerindən yayılan videogörüntülərdə binada zərbədən sonra yanğın baş verdiyini görmək mümkündür.
Xəsarət alanlarla bağlı məlumat hələlik açıqlanmayıb.
***
Ukrayna mediası yayılan məlumata düzəliş edərək binanın polis idarəsi deyil, Karazin adına Milli Universitet olduğunu bildirib.
Son xəbərlər
Son Xəbərlər