Xarkovda uşaq bağçası atəşə tutuldu, ölən var - Foto

xarkovda-usaq-bagcasi-atese-tutuldu-olen-var
Oxunma sayı: 2521

Rusiya Silahlı Qüvvələri Çuquyevdə (Xarkov vilayəti) uşaq bağçasını atəşə tutub.

“Qafqazinfo” unian.net-ə istinadən xəbər verir ki, nəticədə 15 yaşlı yeniyetmə həlak olub. Bir sıra fərdi evlərə də ziyan dəyib. 

Xarkov vilayət prokurorluğundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb.