Xarkovda yaralanan azərbaycanlı sürücü Moldovaya təxliyə edildi - Video

xarkovda-yaralanan-azerbaycanli-surucu-moldovaya-texliye-edildi
Oxunma sayı: 2133

Ukraynanın Xarkov vilayətində güllə yarası alan və bir müddət Xarkov şəhər xəstəxanasında müalicə olunan Azərbaycan vətəndaşı TIR sürücüsü Tahirov Samir Sürəddin oğlu ilə bağlı xəbər vermişdik.

Azərbaycanın Xarkovdakı Fəxri konsulluğundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə baş verdikdən sonra həmvətənimizin müalicə prosesi diqqət mərkəzində saxlanılıb. Yaralının ilkin dönəmdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyəsinə əsasən onun müalicəsi Xarkov şəhərində başlanıb və burada davam etdirilib.

Azərbaycanın Ukraynanın Xarkov şəhərində Fəxri konsulluğunun Xarkov vilayət administrasiyası və Ukraynanın müvafiq qurumları ilə həyata keçirilən iş nəticəsində bu gün müalicə edən həkimlərin rəyi nəzərə alınaraq Tahirov Samir Sürəddin oğlu təcili tibbi yardım maşını ilə Xarkov şəhərindən Moldova sərhədinə doğru təxliyə edilib.

Qeyd olunur ki, hadisə baş verəndən həmvətənimizin müalicəsi və onun təxliyyə üçün hazırlanması ölkəmizin Xarici İşlər Nazirliyinin daim diqqət mərkəzində olub. 

Konsulluğun məlumatında, həmçinin bildirilir ki, Xarkov şəhərində vəziyyətin ağır olmasına baxmayaraq ölkəmizin fəxri konsulluğu Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəaliyyətini davam etdirməklə, həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır.