Xarkovdakı partlayışda konsulluğumuzun binasına ziyan dəyib?

xarkovdaki-partlayisda-konsullugumuzun-binasina-ziyan-deyib
Oxunma sayı: 2119

Ukraynanın Xarkov şəhərinin mərkəzinin raket zərbəsi ilə vurulması zamanı yaxınlıqda yerləşən Azərbaycanın Fəxri Konsulluğunun binasına ziyan dəyməyib.

Bu barədə “Qafqazinfo”ya Fəxri Konsulluqdan məlumat verilib.

“Hal-hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik.

Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyə edirik.

Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, - məlumatda deyilir.