“Xarkovu cəhənnəmə çevirdilər. Şəhəri silirlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu sosial şəbəkə hesabında Ukraynada olan azərbaycanlı jurnalist Eynulla Fətullayev yazıb.
“Bombaların altında olsa da, şəhəri tərk edə bildik... Kiyev tərəfdəyik”, - deyə Fətullayev qeyd edib.
Şəhərin hazırkı vəziyyətindən video paylaşan jurnalist vurğulayıb ki, yaşananlara baxmayaraq rus qoşunları Xarkova girə bilməyib: “Qəhrəman Ukrayna ordusu qarşısında baş əyirəm!”
O, əlavə edib ki, Xarkovdan çıxmağına Türkiyə, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov və Moldovadakı Azərbaycan səfiri Qüdsi Osmanov yardım edib.
Son xəbərlər
Son Xəbərlər