Xatirə 10 kilo çəkini necə atıb?

xatire-10-kilo-cekini-nece-atib
Oxunma sayı: 3438

“Qarşıma məqsəd qoymuşam və bir çox yemək növləri ilə vidalaşmışam. Ömür boyu dolu bir xanım olmuşam. Amma heç vaxt belə kökəlməmişdim. Özümə söz vermişəm, ideal bir bədənim olacaq”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Xatirə İslam 10 kq çəki atmasından danışarkən bildirib. O, sosial mediada yazıldığı kimi arıqlatmağa kömək edən çaydan istifadə etmədiyini qeyd edib:

“Bir də görürsüz ki, instaqram səhifələrində mənim şəklimi paylaşırlar, müxtəlif arıqlamağa kömək edən çayların adlarını qeyd edirlər. Guya mən həmin məhsulları içib arıqlamışam. Bu, yalandır, böyük səhv edib belə şeylər paylaşırlar. Mən nə çay, nə də arıqlama dərmanlarından istifadə edirəm. Sadəcə olaraq pəhriz tuturam, yeməklərimə diqqət edirəm”.