“Xatirə kimdir ki, ona görə işdən çıxım?”

xatire-kimdir-ki-ona-gore-isden-cixim
Oxunma sayı: 3243


“Bəzi saytlar “Günaydın” verilişindən Xatirə İslama görə ayrıldığımı yazıb. Xatirə İslam mənim işdən çıxmağıma səbəb ola bilməz. O məsələnin hallanmasını istəmirəm. Xatirənin adının hallanması onun üçün şərəf olar. Mən kiməsə görə işdən çıxası adam deyiləm. Düşüncə ilə danışmaq lazımdır, Xatirədən sonra bir ay veriliş aparmışam.  Xatirəyə görə olsaydı, o, “Space” rəhbərliyindən xahiş edəndə veriliş efirə getməzdi. Xatirə kimdir ki, ona görə işdən çıxım?  Mən işdən çıxmaq istədim, çıxdım, məsələ çox sadədir. “Soy” rəhbərliyi ilə heç bir problemim yoxdur.  “Soy” rəhbərliyi deyəndə Oktay Əliyev və Siyavuş Əliyevi nəzərdə tuturam, onlarla yenidən də çalışa bilərəm. Sadəcə işdən  çıxmaq istədim, ərizəmi yazıb ayrıldım. Onlar da istəyimi hörmətlə qarşıladılar. Yeni layihə var, onu da tezliklə açıqlayacam”. 

Könül