Xatirə İslam geyimi ilə yenidən gündəmə gəlib. Müğənni bu dəfə Sibel Canın geyimindən özü üçün hazırlatdırıb. Həmin paltarın fotosunu instaqramda paylaşıb.
Türkiyəli müğənni isə həmin libasda 2015-ci ildə baş tutan konsertində istifadə edib.
X. İslam “Qafqazinfo”ya açıqlamasında həmin geyimi hazırlatdırmaq üçün çətinlik çəkib:
“Bu da silsilə paltarlarımdandı. Hərdən belə şeylər ortaya çıxarıram. Bu geyimi Sibel Canda görmüşdüm, xoşuma gəlmişdi. Parçasını zülmlə tapmışam. Bəlkə də, iki ay axtarmışam. Eynisini tikdirmişəm, ondan seçilmir”.
Qeyd edək ki, sənətçi bir müddət əvvəl Cenifer Lopezin geyimindən hazırlatmış, həmin libasa 14 min manat ödədiyini məlum olmuşdu.



Son xəbərlər
Son Xəbərlər