Xatirə “Maşın”dan onu uzaqlaşdırdı

xatire-masindan-onu-uzaqlasdirdi
Oxunma sayı: 7782


“Qafqazinfo”nun məlumatına görə, əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu proqramda iştirakçılar bu dəfə müğənni Xatirə İslamı sms səsverməsinə çıxarıblar.

Müğənni əməkdar artist Mehriban Xanlarovanı oyundan uzaqlaşdıracağını deyərək, açıq oyun oynayıb. 

Sonda Xatirə  64,14 faiz səs yığaraq əməkdar artisti şoudan uzaqlaşdırıb. 

Şouda iştirakını davam etdirənlər müğənnilər Emil Bədəlov, Xatirə İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyevdir.