Müğənni Xatirə İslam mayor həyat yoldaşı Fəxrəddin Musazadəyə maraqlı hədiyyə alıb.
“Qafqazinfo” xəbər verir ki, sənətçi ailə qurmaaqlarının beş illiyi münasibəti ilə belə bir addım atıb.
X. İslam həmin hədiyyənin fotosunu instaqramda paylaşıb, tamamilə əl işi olduğunu vurğulayıb:
“Artıq 5 il oldu. Bu da məndsən sənə hədiyyə, əl işidir”.
Xatırladaq ki, cütlük 2012-ci ilin iyun ayında ailə həyatı qurub, onların Emil adlı oğlan övladı var.
Qeyd edək ki, Xatirə İslam bir müddət əvvəl həyat yoldaşının 5 dil bildiyini, sinxron tərcümə ilə məşğul olduğunu açıqlamışdı. O bildirmişdi ki, ərinin rütbəsi mayordur və 10 min işçiyə rəhbərlik edir.


Son xəbərlər
Son Xəbərlər