Xavinin yerinə onunla razılaşdılar

xavinin-yerine-onunla-razilasdilar
Oxunma sayı: 2529

“Barselona”nın yeni çalışdırıcısı məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, Kataloniya klubunun almaniyalı məşqçi Hans-Diter Fliklə razılaşma əldə etdiyini bildirib. 

Klubun məşqçi ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayacağı vurğulanıb. 

Xatırladaq ki, “Barselona” ötən gün Xavi ilə yollarının ayrıldığını açıqlamışdı. 

Qeyd edək ki, Hans-Diter Flik son olaraq Almaniya millisini çalışdırıb. O, “Bavariya”nın da baş məşqçisi olub.