Xəbər üyüdən yeni sayt - - "Dəyirman"

xeber-uyuden-yeni-sayt-
Oxunma sayı: 3236


"Qafqazinfo"ya daxil olan məlumata görə, saytın direktoru Vüqar Baba söyləyir ki, 100-ə yaxın yerli, 80-ə yaxın 5 dildə olan xarici  xəbər portalları anbaan jurnalistlər tərəfindən izlənilir, ən vacib xəbərlər seçilərək dərhal tərcümə və redaktə olunub mənbəyə istinadən “Dəyirman”da yerləşdirilir. Onun sözlərinə görə, xəbərlər seçərkən və işlənilib oxucuya təqdim olunarkən beynəlxalq jurnalistika standartlarına sərt şəkildə əməl olunur: “Əsas məqsəd xəbəri dəqiq, yığcam və aydın şəkildə oxucuya çatdırmaqddır”.

Sayta həm “.com”, həm də  “.az” domeinləri (sayt sonluqları) ilə daxil olmaq mümkündür (www.deyirman.com və www.deyirman.az).