“Xəbərim olsa, evlənmərəm, evlənsəm, xəbərim olar”

xeberim-olsa-evlenmerem-evlensem-xeberim-olar
Oxunma sayı: 2814

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz aktrisa Serenay Sarıkaya ilə evlənməsi barədə yayılan məlumatlara reaksiya verib.

“Qafqazinfo”nun xəbərinə görə, stəndap ulduzu tvitter səhifəsində status yazaraq məlumatın doğru olmadığını açıqlayıb.

“Xəbərim olsa, evlənmərəm, evlənsəm, xəbərim olar”,- deyə Cem bildirib.

Qeyd edək ki, C. Yılmaz bir dəfə ailəli olub. O, Ahu Yağtudan 2013-cü ildə boşanıb. Serenayın sonuncu sevgilisi isə aktyor Kerem Bürsin olub.