Rusiyanın Birinci Kanalında “Zaman” (“Vremya”) verilişinin yayımı zamanı gözlənilməz hadisə baş verib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, teleaparıcı Yekaterina Andreyeva xəbərləri oxuyarkən onun stulu sınıb.
Baş vermiş hadisəyə baxmayaraq o, tarazlığını qoruyub və çıxışına davam edib.
Qeyd edək ki, 63 yaşlı Y. Andreyeva 1998-ci ildən bəri sözügedən informasiya proqramının aparıcısıdır.
Həmin görüntüləri təqdim edirik: