“Xəcalət” beynəlxalq mükafat aldı

xecalet-beynelxalq-mukafat-aldi
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, “Teatr. Çexov. Yalta” IV beynəlxalq teatr sənəti festivalında yazıçı – dramaturq Hüseynala Mirələmovun “Xəcalət” pyesi əsasında səhnələşdirdikləri tamaşa ilə çıxış ediblər. Beynəlxalq teatr festivalının rəsmi saytında “Xəcalət” tamaşası haqqında maraqlı şərhlər verilmiş, pyes “ müasir dünyanın reallıqları ilə səsləşən əsər” kimi qiymətləndirilibdir.

Xatırladaq ki, bu əsərdə Qarabağla bağlı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq ön plana çəkilib.

Qeyd edək ki, tamaşa Yaltada keçirilən festivaldan başqa, Simferopolda Krım Tatar Musiqili Dram Teatrında da nümayiş olunub. Aktyorların ifaları tamaşaçılar tərəfindən emosiya ilə qarşılanıb, hətta bəzi faciəvi epizodlar nümayiş etdirilərkən onların çoxu göz yaşlarını saxlaya bilməyiblər. Festivalda mükafat alan “Xəcalət” tamaşasının quruluşçu rejissoru Bəhram Osmanovdur, tamaşada Ramiz Novruzov, Nurəddin Mehdixanlı, Mətanət Atakişiyeva rol alıblar. 11-18 sentyabrda keçirilən festivalın teatr kollektivləri barədə yerli televiziyalarda maraqlı müsahibələr, rəngarəng fraqmentlər göstərilibdir.

4-cü Beynəlxalq Teatr festivalının mükafatı Azərbaycan Dövlət Akademik Milli Teatrının direktoru İsrafil İsrafilova təqdim olunub. Bundan başqa Ukrayna, Fransa, İsrail, İspaniya, Qazaxıstan, Rusiya və Estoniyadan olan teatrlarda mükafatlandırılıblar. Ənənəvi olaraq festivalda iştirak edən dövlətlərin bayraqları növbəti Beynəlxalq Teatr festivalına kimi Çexov adına Yalta teatrının binası üzərində dalğalanacaqdır.