Xədicə İsmayıl prokurorluqda ifadə verdi- - Fotolar

xedice-ismayil-prokurorluqda-ifade-verdi-
Oxunma sayı: 1746


“Qafqazinfo” bizimyol.info-ya istinadən xəbər verir ki, Xədicə İsmayıl sabah saat 11.00-da  yenidən Baş Prokurorluğun Ağır cinayətlər üzrə istintaq idarəsinə gedəcək.

***

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsindən jurnalist Xədicə İsmayılın ünvanına göndəriş daxil olub. Çağırışda jurnalistdən febu gün saat 16:00-da idarədə olmaq istənilib. X.İsmayıl “Azadlıq” radiosuna deyib ki, çağırışın ardınca müstəntiq də zəng eləyib: “Dedim ki, indi çatdıra bilmərəm. Vəkillə müqavilə bağlamalıyam, efirə çıxmalıyam. Hətta bütün bu işlər həll olmuş olsaydı belə, fiziki olaraq, gəlib ora çatmağım mümkün deyil. Sabaha vaxt təyin edin, gəlim. Müstəntiq məni hədələməyə başladı. Vəkillərlə danışdım. Dedilər ki, buna hüquqları yoxdur”, - deyə jurnalist qeyd edib. Xədicə İsmayıl saat 18:30-da Prokurorluğa gedəcəyini bildirib.