“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri çıxış edib.
Onlar məhkəmədən Xədicə İsmayıl barəsində bəraət verilməsini xahiş ediblər.
Son söz olaraq çıxış etmək üçün X.İsmayıla söz verilib. O çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası avqustun 31-ə təyin olunub.
Qeyd edək ki, Xədicə İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər