Xədicə İsmayılın məhkəməsi olacaq

xedice-ismayilin-mehkemesi-olacaq
Oxunma sayı: 931

Həbsdə olan jurnalist Xədicə İsmayılın Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasassiya şikayətinə baxılacağı vaxt müəyyən olunub. Şikayətdə jurnalist azadlığa buraxılmasını istəyib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Trend-ə X.İsmayılın vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, kasassiya şikayətinə mayın 25-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, X.İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.