Xədicə İsmayılovadan yeni sensasion sənəd

xedice-ismayilovadan-yeni-sensasion-sened-
Oxunma sayı: 4258


Xədicə İsmayılovanın yazdığına görə, bu sənədi ona 2011-ci ildə MTN-in hansısa keçmiş işçisi ötürüb. Lakin jurnalist həmin vaxt sənəddə yazılanların düzgün olduğunu təsdiqləyən dəlil-sübutun olmaması üzündən məktubu ictimailəşdirmək istəməyib. 

Bununla belə MTN-in keçmiş zabiti Mirsaleh Axundzadə ötən gün ANS-də çıxış edəndən sonra Xədicə İsmayılova həmin sənədi hər halda yaymağa qərar verib. Və ona kiçik şərh də yazıb: "Bu sənəd sizin mahiyyətinizi göstərir". 

Maraqlıdır ki, Xədicə İsmayıl məktubu "Facebook"da yerləşdirdikdən 20 dəqiqə sonra onu silib. Və bu barədə məlumat saytlarda yayılandan sonra - məktubun fotosu yenidən Xədicə İsmayılovanın profilində görünməyə başlayıb. 

ANS TV