Xədicə İsmayılovanın həbs müddəti artırıldı

xedice-ismayilovanin-hebs-muddeti-artirildi
Oxunma sayı: 891


“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.

Nəsimi rayon məhkəməsində keçirilən iclasda X.İsmayılovanın həbsdə saxlanma müddəti 24 may 2015-ci ilə qədər uzadılıb.

Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) ittihamı ilə həbs edilib. Sonradan ona qarşı CM-nin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.

Murad Əhməd