XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüş zamanı X.Xələfov Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib və siyasi məsləhətləşmələrin keçirilməsinin ikitərəfli siyasi dialoqun güclənməsinə təkan verdiyini qeyd edib. X. Xələfov əlaqələrin daha da dərinləşməsi və yeni əməkdaşlıq imkanlarından istifadə olunması baxımından qarşılıqlı yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını vurğulayıb.
Regionda sülh və sabitliyə, inteqrasiya proseslərinə, eləcə də regionun ümumi inkişafına başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsinə toxunan X.Xələfov, Litvanın bu məsələdə Azərbaycanın ədalətli mövqeyinə münasibətdə həssaslığının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, münaqişənin həllinin yalnız işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə mümkün olduğunun labüdlüyünü bildirib.
Son xəbərlər
Son Xəbərlər