Xəlifə Həftar daha bir qələbəsini elan etdi

xelife-heftar-daha-bir-qelebesini-elan-etdi
Oxunma sayı: 2556

Xəlifə Həftarın hərbi birləşmələri paytaxt Tripolidən 100 kilometr məsafədə yerləşən əl-Əsabiya şəhərini yenidən nəzarətə götürüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun nümayəndəsi Əhməd əl-Mismari açıqlama verib.

O bildirib ki, bu əl-Cəbəl əl-Qərbi şəhərində təkfiri birləşmələrinə  qarşı həyata keçirdiyi hava hücumlarından sonra baş verib. Şəhər mayın 21-dən etibarən Milli Razılıq Hökumətinin nəzarətində idi.

Daha əvvəl Xəlifə Həftar ölkəyə rəhbərlik etmək qərarı aldığını və Mərakeşin Sxirat şəhərində 2015-ci ildə imzalanmış siyasi tənzimləmə müqaviləsinin ləğv olunduğunu açıqlamışdı.

Onun sözlərinə görə, xalqın istəklərinə uyğun olaraq Liviya ordusu ölkədə idarəetməni öz üzərinə götürəcək.