Xəlilov ermənini məğlub edib medal qazandı

xelilov-ermenini-meglub-edib-medal-qazandi
Oxunma sayı: 2909

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, sambo yarışlarında Azərbaycan təmsilçisi Mehman Xəlilov Ermənistan idmançısı Maksim Manukyanla üz-üzə gəlib.

57 kq çəki dərəcəsində çıxış edən idmançımız rəqibinə qalib gələrək bürünc medalı qazanıb. O, rəqibini 9:1 hesabı ilə məğlub edib.

Bundan başqa daha bir samboçumuz medal sevindi yaşayıb. Belə ki, 68 kq çəki dərəcəsində çıxış edən Emil Həsənov 3-cü yer uğrunda görüşdə bolqarıstanlı Martin İvanovu vaxtından əvvəl ağrıdoğurucu fəndlə məğlub edib.